Rusiyaya yumurta ixracına başlanıldı: Azərbaycanda qiymət artacaqmı? |
"Rosstat"ın məlumatına görə, noyabrda toyuq yumurtası 15,1%, 2023-cü ilin əvvəlindən 35,5%, illik ifadədə isə 40,3% bahalaşıb.
Dünən isə Rusiya kənd təsərrüfatı nazirinin müavini Maksim Titov bəyan etdi ki, son iki həftədə istehsalçılar qiymətləri aşağı salıblar. Birinci kateqoriyada olan yumurta 2,5%, ikinci kateqoriyada isə 4,2% ucuzlaşma olub.
Azərbaycan son zamanlar Rusiyaya yumurta ixracını xeyli artırıb. Dekabrın 19-da Rusiyaya satış üçün Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası, dekabrın 21-də isə 306 min ədəd ikinci partiya ixrac edilib.
Türkiyə də oxşar addımlar atır. Yanvarın 5-də Rusiyaya satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Türkiyədən 316,8 min ədəd yeməli yumurtanın ikinci partiyası gətirilib.
Tural Tağıyev
AzVision.az