Gürcüstanda qaz tapıldı
Məlumata əsasən yataqda 42 milyard kubmetr təbii qaz var.
“Bu yataqda 42 milyard kubmetr həcmində qazın olduğu müəyyənləşdirilib. Bu gələcəkdə Gürcüstanın enerji müstəqilliyinin təmin olunmasına əsas yaradacaq”, - deyə “Frontera Resources” şirkətinin prezidenti Stiv Nikandros bildirib.
Layihəyə 400 milyon dollar xərclənilib. Şirkətin Gürcüstan nümayəndəliyinin icraçı direktoru Georgi Zambahidzenin sözlərinə görə, bu gündən etibarən Mçare Xevi yatağından gün ərzində Gürcüstanın əsas qaz kəmərinə 75 min kubmetr qaz ötürüləcək.
Eldar Tanrıverdiyev
AzVision.az