İrqçiliyə qarşı aksiya keçirəcəyik
Qeyd edək ki, türklər üçün də vacib əhəmiyyət kəsb edən bu məhkəmə prosesi aprelin 17-nə təyin edilmişdi. Lakin prosesə bir neçə həftə qalmış məhkəmə zalına türk mediasının buraxılmayacağı xəbəri və bunun Almaniyadakı türk əsilli əhali arasında, eləcə də Türkiyədə böyük narazılıq yaratması Münhen məhkəməsini prosesi təxirə salmağa məcbur etdi. Almaniyadakı türk və Azərbaycan diasporunun məsələyə həssas yanaşması, etiraz dalğasının böyüməsi, həmçinin Rəsmi Ankaranın işə qarışmasını nəzərə alan Münhen məhkəməsi jurnalistlərin akkreditasiyası məsələsinə yenidən baxmağı və 3 türk jurnalisti prosesə buraxmağı qərara alıb. Akkreditasiya şərtlərinin yenidən işlənməsi ilə əlaqədar məhkəmənin vaxtı dəyişərək 2013-cü il mayın 6-dək təxirə salıb.