ABŞ Ermənistan və Qarabağa yardım edəcək

ABŞ Ermənistan və Qarabağa yardım edəcək
  20 İyun 2014    Oxunub:1553
ABŞ Senatının Asiqnasiya Komitəsi 5 səsə qarşılıq 25 səs çoxluğu ilə 2015-ci il üçün xaricə yardım paketini qəbul edib. Bu barədə Amerika Ermənilərinin Milli Komitəsi məlumat yayıb.

Ermənistan tərəfinin fikrincə, amerikalı senatorlar verdikləri bu qərarla həm də, Amerikanın Tanınmamış Qarabağ Respublikasına çoxillik yardım proqramına sadiq olduqlarını təsdiqləyiblər.

“Komitə, Dağlıq Qarbağ münaqişəsinin erməni “qurbanlarına” əvvəlki illərdə olduğu qədər yardım nəzərdə tutub, bununla yanaşı münaqişənin sülh yolu ilə həllinə çağırır”-deyə AEMK-nın hesabatında qeyd olunur.

Qeyd edək ki, tanınmamış Dağlıq Qarabağ Avropa, eləcə də Cənubi və Mərkəzi Asiyanın yardım göndərdiyi 7 alıcıdan biridir. Məhz bu “7 alıcı” komitənin iclaslarında müzakirə ediləcək. Qeyd edək ki, yardım alan ölkələrin sırasında Əfqanıstan, Pakistan, Serbiya və Kosova da var.

Asiqnasiya Komitəsi hər zaman olduğu kimi, Amerikanın əksər ölkələrə yardımının səviyyəsini konkret olaraq açıqlamayıb, lakin qeyd edək ki, Obama Administrasiyası Ermənistan iqtisadiyyatına 20.7 milyon dollar, xarici hərbi yardım çərçivəsində 1.7 milyon dollar, beynəlxalq hərbi təhsil üşün isə 600 min dollar yardım nəzərdə tutub.

ABŞ Senatının Asiqnasiya Komitəsi prezidentin Azərbaycanın iqtisadiyyatına 9.6 milyon dollar, Gürcüstana isə ümumilikdə 40.2 milyon dollar ayrılması təklifini də qəbul edib.

Bu arada, Asiqnasiya Komitəsində dinləmələr zamanı Amerika Ermənilərinin Milli Komitəsinin rəhbəri Keyt Naapetyan da çıxış edib. Çıxışı zamanı Naapetyan Dağlıq Qarabağda su və mədən layihələrinin inkişafına ən azı 5 milyon dollar ayrılmasını və “zorakılıqdan əl çəkməyəcəyi, münaqişənin sülh yolu ilə həllinə razı olmayacağı təqdirdə Azərbaycana hərbi yardım göndərilməməsini, əksinə Ermənistana isə 40 milyon dollar həcmində iqtisadi yardım istəyib”.

Bununla yanaşı, Keyt Naapetyan Suriyada müharibədən əziyyət çəkən ermənilərə xüsusi diqqət göstərilməsini, humanitar və ünvanlı yardım tələb edib.

Bununla yanaşı K. Naapetyan Azərbaycana yardımın məhdudlaşdırılmasını nəzərdə tutan 907-ci düzəlişin sərtləşdirilməsinə, eləcə də qondarma Qarabağın münaqişənin həlli prosesinə cəlb olunmasına çağırıb.

Qeyd edək ki, Asiqnasiya komitəsi xarici yardımla bağlı qanun layihəsinin öz veriyasına isə iyunun 24-də baxacaq. Palatanın komitələri tərəfindən təsdiq edildikdən sonra qanun layihəsi ümumi səsverməyə qoyulacaq və təsdiq olunarsa imzalaması üçün prezidentə göndəriləcək.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti