Ukraynada 300 separatçı məhv edilib

Ukraynada 300 separatçı məhv edilib
  20 İyun 2014    Oxunub:853
Ukraynada ötən gün Krasnıy Liman şəhərində aparılan döyüş əməliyyatları nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 12 əsgəri öldürülüb daha 26-ı isə yaralanıb.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Yampol yaşayış məntəqəsi uğrunda döyüşlər iyunun 19-u günboyu davam edib. Ukrayna ordusu döyüşlərdə tanklar, BTR, qırıcı təyyarələr və helikopterlərdən istifadə edir. Hər iki tərəfdən itkilər var.

“Yampol yaşayış məntəqəsində Ukrayna artilleriyası, zirehli tank texnikası və aviasiyanın tətbiqiylə döyüşlər nəticəsində, ilkin məlumatlara görə, əsasən ən azı 300 terrorçu məhv edilib. Ukrayna ordusunun 7 hərbçisi öldürülüb, 30 nəfər isə yaralanıb”, - deyə Ukrayna Müdafiə Nazirliyi xəbər yayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti