Oğuzda ağacları qanunsuz kəsən şəxslər barədə protokol tərtib edilib

Oğuzda ağacları qanunsuz kəsən şəxslər barədə protokol tərtib edilib
  15 Dekabr 2023    Oxunub:1064
Oğuz rayonunda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Filfilli kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti