AzVision.az xəbər verir ki, tədbiri Hesablama Palatasının sədri Heydər Əsədov açaraq konfransın Azərbaycan üçün çox əlamətdar olduğunu bildirdi.
Palata sədri konfransın əsas məqsədinin ölkəmizdə maliyyə intizamının möhkəmləndirildiyi və antikorrupsiya fəaliyyətinin genişləndirildiyi bir şəraitdə Hesablama Palatasınsının potensialının gücləndirilməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən göstərilən siyasi maraq və dəstəklərlə üst-üstə düşdüyünü iştirakçıların diqqətinə çatdırmaq olduğunu bildirib.
Heydər Əsədov onu da bildirib ki, 2011-ci il 22 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasında qəbul olunmuş "AAQ-ların gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığın artırılması haqqında " Qətnamənin çağırışlarına uyğun olaraq ölkəmizdə şəffaflığın və hesabatlılığın təmin olunması məqsədilə xüsusi milli fəaliyyət planları qəbul olunub.
Ali Audit Qurumlarının Beynəlxalq Təşkitalı (İNTOSAİ) və onun digər regional İşçi qrupları (AFROSAİ, İDİ (İNTOSAİ-ın İnkişaf Təşəbbüsü )), EUROSAİ və ARABOSAİ təşkilatlarının və həmin təşkilatlara üzv dövlətlərin Ali Audit Qurumlarının rəhbərləri də daxil olmaqla 44-dən çox AAQ-ın yüksək səviyyədə təşkil olunan 100-dən çox nümayəndənin (o cümlədən 25 AAQ-ın birinci şəxsinin) i.tirak etdiyi konfrans 2 gün davam etməklə "Ali dövlət hakimiyyəti orqanlarının BMT Baş Assambleyasının 2011-ci il 22 dekabr A66/209 saylı Qətnaməsinin şağırışlarından irəli gələn vəzifələri", "Mili inkişaf məqsədlərinə nail olunmasında Ali Audit Qurumlarının rolu " və "Dövlət maliyyə idarəçiliyinin təkminləşdirilməsində kənar və daxili dövlət maliyyə nəzarətinin sərhədlərinin və vəzifələrinin dəqiqləşdirilməinin rolu " alt-mövzlar üzrə 3 sessiyada keçiriləcək.
Daha sonra prezidentin iqtisadi müşaviri Vaqif Axundov prezident İlham Əliyevin konfrans iştirakçılarına yazdığı məktubu oxuyub.
Hesablama Palatasının təşkilatçılığı ilə Ali Audit Qurumlarının Avropa Təşkilatının və Ali Audit Qurmlarının Ərəb Təşkiltının üst qrumlarının IV Beynəlxalq Konfransın iştirakçılarını paytaxt Bakı şəhərində salamlayır və Konfransın işinə müvəffəqiyyətlər arzulayıram. Konfransımız yüksək statuslu BMT Baş Assambleyyasının 66-cı sessiyasında qəbul olunmuş ictimai resursların rasional istifadəsində Ali Audit Qurumlarının rolunun yüksəldiləməsi baxımından böyük əhəmiyyət daşıyan Ali Audit Qrumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin cavabdehliyini, effektivliyini və şəffaflığın artırılması haqqında Qətnamənin çağırışlarının həyata keçirilməsinə dünya ölkələri ilə birgə Azərbaycanın da artan marağının bariz nümunəsidir.
Ölkəmizdə belə mühüm tədbirin təşkilinin qabaqcıl idarəetmə metodlarının tətbiqində dövlət vəsaitlərinin istifadəsi zamanı şəffalığın artırılmasında Audit Qurumlarının potensialının gücləndirilməsi istiqamətində fəaliyyətlərin dəstəklənməsi olaraq qəbul edirik. İnanıram ki, Bakı konfransı qazandığınız müsbət təcrübəyə arxalanmaqla təşkilatlarımız arasında qarşılıqlı işgüzar münasibətlərin daha da dərinləşməsinə və müasir çağırışların uğurla gerçəkləşməsinə zəmin yaradılacaq. Bütövlükdə dövlət maliyyə nəzarəti orqanlarının işini səmərəliliyinin yüksəldilməsinə töhvələr verəcək.
Araz