BMT Baş katibi ilk dəfə Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib
Sözçü bildirib ki, Qəzza zolağında və İsraildə qısa müddətdə insan tələfatının miqyasını nəzərə alaraq Baş katib BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək TŞ-nın sədrinə məktub göndərib.
Bu, A. Quterreşin beynəlxalq təşkilatın sədri kimi 2017-ci ildən bu yana TŞ-na göndərdiyi ilk məktubdur.
Məktubda Baş katib TŞ-nın üzvlərindən bölgədə humanitar fəlakətin qarşısının alması və humanitar atəşkəsin elan olunmasını xahiş edib.
AzVision.az
Teqlər: