Bəzi yollarda beton arakəsmələr düzgün quraşdırılmayıb? - VİDEO

Bəzi yollarda beton arakəsmələr düzgün quraşdırılmayıb? -    VİDEO
  21 Noyabr 2023    Oxunub:1433
Ölkə ərazisindəki bəzi yollarda beton arakəsmələr düzgün quraşdırılmayıb. Bu da avtoqəza zamanı ölüm riskini daha da artırır.
Xezerxeber.az-ın məlumatına görə, bu iddianı nəqliyyat ekspertləri səsləndirirlər.

Onların sözlərinə görə, “Nyucersi baryeri” adlanan bu beton arakəsmələrin məqsədi avtomobilin əks istiqamətli digər yola keçməsinin qarşısını almaq, eləcə də qəza zamanı ölüm riskini azaltmaqdır.

Nəliyyat eksperti Rauf Ağamirzəyev deyir ki, onların düzgün düzülüş qaydası ara məsafəsi olmadan, yəni bitişik halda olandır. Azərbaycanda isə bu beton sədlər məsafəli düzüldüyündən qəza zamanı nəqliyyat vasitəsi həmin boşluqlara ilişir və qəzanın şiddəti artır.

R.Ağamirzəyev bildirib ki, ümumiyyətlə, yollarda ölüm hallarını azaltmaq üçün dünyada müxtəlif konsepsiyalar var. Məqsəd həm piyadanın, həm də sürücünün ölümcül xəsarət almadan qəzadan xilas olmasıdır.

Sözügedən məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, həmin beton arakəsmələr bütün yollarda məsafəli quraşdırılmayıb. Ancaq sürət həddi az olan yollardadır ki, bu da həm qanunidir, həm də heç bir təhlükə yaratmır. Bu cür yollarda sürücülər sürət həddinə riayət etsələr, həmin məneələr də heç bir ölüm riski yaratmaz.

Ətraflı süjetdə:

AzVision.az



Teqlər: Yol  





Xəbər lenti