Mədəniyyət naziri Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda çıxış edib

 Mədəniyyət naziri Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda çıxış edib
  17 Noyabr 2023    Oxunub:2087
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Sankt-Peterburqda keçirilən IX Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində noyabrın 17-də “Mədəni suverenlik dövlətin əsasları kimi” mövzusunda plenar iclasda çıxış edib.
AzVision.az xəbər verir ki, nazir Azərbaycan mədəniyyətinin tarixinə nəzər salaraq ölkəmizdə əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı, tolerantlıq şəraitində yaşadığını vurğulayıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin dövlət quruculuğu ənənələri əsasında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir mədəniyyət siyasətinin konseptual əsasları yaradılır, mədəni irsin qorunması sahəsində dövlət proqramları, investisiya layihələri və dəstək tədbirləri həyata keçirilir.

Bildirilib ki, Azərbaycanın mədəni zənginliklərinin qorunması və təbliği üzrə milli və beynəlxalq layihələrin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müstəsna rol oynayır.





AzVision.az






Teqlər:





Xəbər lenti