Plyonkanı jalüzlər əvəz edəcək

Plyonkanı jalüzlər əvəz edəcək
  15 Aprel 2013    Oxunub:1207
AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına dəyişikliklər edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat ximətindən AzVision.az-a verilən məlumata görə, komitənin əmri ilə AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər” dövlət standartına dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə veriləcək.

Təsdiq edilən dəyişikliklərin ölkə ərazisində tətbiq vaxtı 1 may 2013-cü il tarixindən müəyyən edilib.


Teqlər:  





Xəbər lenti