Azərbaycanda kriptovalyuta kartları ilə alış-veriş edilməsi mümkün olacaq

Azərbaycanda    kriptovalyuta kartları ilə alış-veriş edilməsi    mümkün olacaq
  07 Noyabr 2023    Oxunub:2255
Azərbaycanda istifadəsi mümkün olan “CardB” ilə “Binance”ın dəstəklədiyi kriptovalyuta ödəniş sistemi olan “Binance Pay” məkdaşlığa başlayıb.
AzVision.az xəbər verir ki, kriptovalyuta kartları Azrbaycanla yanaşı Ukrayna, Ermənistan, Tacikistan, Moldova, Türkmənistan və Qırğızıstanda yaşayan “Binance” istifadəçiləri üçün əlçatan olacaq.
Bu əməkdaşlıq istifadəçilərin kriptovalyuta vasitəsilə gündəlik alış-veriş etmək imkanlarını əhəmiyyətli dərəcədə artırır ki, bu da “Binance”ın ümumi maliyyə azadlığını təmin etmək və rəqəmsal aktivlərin qlobal şəkildə tətbiqini təşviq etmək məqsədini daha da gücləndirir.

Virtual kriptovalyuta kartına sahib olmaq üçün istifadəçilərin mütləq “Binance” hesabı olmalı, “CardB” mobil tətbiqini yükləməli və əlavə təlimatlara əməl etməlidirlər. İstifadəçilər təklif olunan üç tarifdən (Blue, Bronze və Gold) ən uyğun olanını seçə bilərlər. “Blue” tarifi ilə istifadəyə verilmiş kart pulsuz xidmət göstərir. “Bronze” və “Gold” tariflərində kartdan istifadə üçün aylıq ödəniş hər aktiv kart üçün 0,99 ABŞ dolları təşkil edir. Kartın balansının artırılmasının maksimal məbləği hər kart üçün 5 000 ABŞ dollarına və “Gold” tarifində bir istifadəçi üçün ayda 15 000 ABŞ dollarına bərabərdir (promo müddəti ərzində). Kartın balansının artırılması yalnız “Binance Pay” vasitəsilə mümkündür. İstifadəçilər “Binance”ın dəstəklədiyi istənilən kriptovalyutadan yararlana bilərlər, fiat valyutasına çevrilmə isə avtomatik həyata keçirilir. “CardB” virtual ödəniş kriptovalyutası kartını “Samsung Pay” və “Apple Pay”-ə əlavə etmək olar.
“Binance Pay” və “CardB” tərəfdaşlıq çərçivəsində xüsusi məhdud zamanlı promo aksiyanı təqdim edib. 7 noyabr 2023-cü ildən 5 fevral 2024-cü il tarixinədək “Binance Pay” vasitəsilə “CardB” virtual kriptovalyuta ödəniş kartının yaradılması və balansın artırılması 0,99 ABŞ dolları məbləğində sabit komissiya ilə həyata keçiriləcək və “Binance” və ya “CardB”-dən əlavə komissiya tutulmayacaq. İstifadəçilər özlərinə müvafiq tarifi seçə və seçilmiş abunəliyə uyğun olaraq kartdan istifadə edə biləcəklər.

“CardB” ilə əməkdaşlıq “Binance Pay” vasitəsilə “Binance” istifadəçilərinə kriptovalyutalarda limitsiz ödəniş imkanları təqdim etmək yolunda atılan daha bir addımdır”, – deyə Şərqi Avropa və Mərkəzi Asiya regionları üzrə rəhbər Kirill Xomyakov bildirib. “Hesab edirik ki, hər kəs istənilən vaxt, istənilən yerdə öz maliyyəsinə tam nəzarət etməli və çıxış əldə etməlidir. Biz də öz növbəmizdə “Binance” istifadəçilərinə maliyyə azadlığı verməklə kriptovalyutaların istifadəsini və tətbiqini asanlaşdıran innovativ məhsul və texnologiyaların yaradılması üzərində çalışmağa davam edəcəyik”.

“CardB” tətbiqində virtual ödəniş kartının necə sifariş edildiyini və kartdan istifadə üçün əsas məsləhətləri bloqda oxuya bilərsiniz. “Binance Pay” “Binance”ın təşkil etdiyi təmassız və təhlükəsiz qlobal kriptovalyuta ödəniş sistemidir.

Servis kriptovalyutaları dünya üzrə dostlara, qohumlara göndərməyə və onları qəbul etməyə imkan verir. “Binance Pay” BTC, BNB, BUSD, ETH, ADA, ATOM, BCH, DASH, DOGE, DOT, EOS, ETC, FIL, HBAR, LINK, LTC, MATIC, NEO, PAX, QTUM, TRX, TUSD, UNI, USDC, VET, WRX, XLM, XMR, XRP, XTZ, ZEC, USDT, FRONT, STRAX, ONE, EGLD və SXP daxil olmaqla 300-dən çox kriptovalyutanı dəstəkləyir. Bu gün “Binance Pay” 22 milyondan çox qeydiyyatdan keçmiş istifadəçiyə və 9000-dən çox satıcı və tərəfdaşa malikdir.

Daha ətraflı: https://pay.binance.com/

"CardB by Veritas” qlobal rəqəmsal kart təqdim edən “Veritas Group Limited” şirkətinin finteks məhsuludur. “CardB” ilə istifadəçilər təhlükəsizliyə və bütün dünyada dəstəklənən rahat istifadəyə anında çıxış əldə edirlər.
Daha ətraflı: https://cardb.finance/

AzVision.az



Teqlər: Biznes  





Xəbər lenti