Bakıda mürəkkəb əməliyyat: bina sürüşdürüləcək
Bakı Şəhəri İcra Hakimiyyətinin binanı sürüşdürməkdə məqsədi yolları genişləndirmək və Bakının ən qədim arxitekturalı binalarından hesab olunan tikilini qoruyub saxlamaqdır.
1news.az .-ın məlumatına görə, Sveqars deyib ki, bina 10.6 metr sürüşdürüləcək. O, həmçinin bildirib ki, yaxın vaxtlarda Bakıya Belçikanın Lomel və Hollandiyanın Berqey şəhərlərinin merləri də gələcək. Onların Bakıya gəlməyinin əsas məqsədi isə rəhbərlik etdikləri şəhərlə Bakı arasında geniş əlaqəlar qurmaqdır.
Kompaniyanın digər təsisçilərindən olan Herman Bersserin sözlərinə görə, onlar Bakıda bu prosesi həyata keçirməklə yanaşı, gələcəkdə bu işləri görə biləcək yerli mütəxəsislərin yetişdirilməsində də maraqlıdırlar.
Bresserin sözlərinə görə, prosesin ən çətin mərhələsi binanı sürüşməyə hazır vəziyyətə gətirməkdir. O, binanı hansı yolla sürüşdürüləcəyini dəqiq deməsə də, bu prosesin xüsusi hidravlik aparatla həyata keçiriləcəyini bildirib: “Hesab edirəm, bina 18 apreldə sürüşdürülməyə tam hazır olacaq”.
Kompaniya təsisçisinin sözlərinə görə, onların indiyə qədər sürüşdürdükləri ən böyük məsafə 12 km.-dir və bu, kompaniyanın rekordudur.