İlin I rübündə 21 nəfər yanıb

İlin I rübündə 21 nəfər yanıb
  15 Aprel 2013    Oxunub:1281
2013-cü ilin ilk 3 ayı ərzində baş verən yanğın hadisələri zamanı 21 nəfər həlak olub, 23 nəfər xəsarət alıb.
2013-cü ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1439 çıxış edilib. AzVision.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar nazirliyinin saytında yerləşdirilib.

Ölkəmizdə bu ilin I rübündə baş verən yanğınlara 448, çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlara açıq sahələrdə yanğınlara 551, nəqliyyat vasitələrində yanğınlara 82 və digər yanğınlar 358 çıxış təşkil edilib.

2013-cü ilin ilk 3 ayı ərzində baş verən yanğın hadisələri zamanı 21 nəfər həlak olub, 23 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 19%, xəsarət alanların sayı isə 7 nəfər və ya 23% azdır.
2013-cü ilin I rübü ərzində respublika ərazisində 1505 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 162 hadisə və ya 10% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 26 nəfər həlak olub, 37 nəfər xəsarət alıb, 3 nəfər xilas edilib və 31 nəfər təxliyə olunub.

2013-cü ilin I rübü ərzində respublika ərazisində 12 partlayış hadisəsi baş verib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 71% çoxdur. Partlayışlar zamanı 2 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti