Mir Cəlal adına IV Hekayə Müsabiqəsi elan edilib

Mir Cəlal adına IV Hekayə Müsabiqəsi elan edilib
  31 Oktyabr 2023    Oxunub:1532
“Ədibin Evi” noyabrın 1-dən etibarən Mir Cəlal adına IV Hekayə Müsabiqəsini elan edib.
Bu barədə AzVision.az -a “Ədibin Evi”ndən bildirilib. Qeyd edilib ki, gələn ilin martın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.

2017-ci ildə təsis edilən Mir Cəlal adına Hekayə Müsabiqəsinə bu günə qədər 1100 dən çox hekayə təqdim olunub. Ədəbiyyatda qısa hekayəçilik janrına son zamanlar artan marağı nəzərə alaraq, iki ildən bir keçirilən müsabiqə bu ildən başlayaraq illik keçiriləcək.

Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin şərtləri dəyişməz qalır. Müsabiqəyə təqdim edilən hekayələr Azərbaycan dilində yazılmalı, həcmi 1500 (min beş yüz) sözdən çox olmamalı, yeni olmalı - əvvəllər çap və ya elektron şəkildə yayılmamalı, müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2024-cü il martın 1-dək elektron şəkildə [email protected] ünvanına göndərilməlidir.

Hekayə mövzusu sərbəstdir. Müsabiqəyə yekun 2024-cü ilin aprelin sonunda vurulacaq. Mükafat fondu 1-ci yer üçün 3000 AZN, 2-ci yer üçün (2 nəfər) 2000 AZN, 3-cü yer üçün (3 nəfər) 1000 manat AZN nəzərdə tutulub.

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur.

AzVision.az



Teqlər:





Xəbər lenti