Qərardan razı qalmadı, hakimi vurdu

   Qərardan razı qalmadı,    hakimi vurdu
  30 Oktyabr 2023    Oxunub:1278
Krasnodar həvəskar liqasının çərçivəsində keçirilən "Tlyustenxabl" - "İzumrud" oyununda xoşagəlməz hadisə yaşanıb.
AzVision.az xəbər verir ki, ev sahiblərinin futbolçusu Anton Qapon oyunun 17-ci dəqiqəsində hakimi vurub.

Qapıçı görüşdə qaydanı pozduğu üçün baş hakim onu sarı vərəqə ilə cəzalandırıb. Lakin referinin bu qərarı qolkiperin xoşuna gəlməyib. O, hakimi vurub. Bundan sonra hakim qazona yıxılıb.

Matç dərhal dayandırılıb və "Tlyustenxabl"a texniki məğlubiyyət verilib. Hakim isə tibb işçilərinin köməyindən sonra özünə gəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti