Aygün Bəylər xəstəxanaya yerləşdirilib - FOTO

   Aygün Bəylər xəstəxanaya yerləşdirilib -    FOTO
  25 Oktyabr 2023    Oxunub:2918
Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, hazırda xəstəxanada olan xanəndə ilə fotosunu yayımlayaraq, "Tez sağalın, əvəzsiz sənətkar" qısa şərhini yazıb.

A.Bəylərin prodüseri Axşam.az-a açıqlamasında muğam ifaçısının səhhətinin yaxşı olduğunu bildirib. O, əlavə edib ki, A.Bəylər bəzi dərmanların qəbulu üçün xəstəxanaya gedib.

Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanmışdı. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti