"Yaxın zamanda bir neçə şirkətə rezidentlik statusu veriləcək" - Elşad Nuriyev

   "Yaxın zamanda bir neçə şirkətə rezidentlik statusu veriləcək" -    Elşad Nuriyev
  24 Oktyabr 2023    Oxunub:1203
Hazırda Azərbaycanda metallurgiya dəstək verəcək xammal istehsalı müəssisəsinin və Avropanın aparıcı taxta emalı və hazır məhsul müəssisəsinin yaradılması ilə bağlı layihəyə baxılır.
AzVision.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, yaxın zamanda bir neçə şirkətə rezidentlik statusu veriləcək:

"Metallurgiyaya dəstək layihəsi birgə müəssisə olacaq, məhsulun əsas hissəsi ixrac olunacaq".

E.Nuriyev qeyd edib ki, layihələr təsdiqlənsə, onlar ya Sumqayıt Kimya Sənaye Parkı, ya da Ağdam Sənaye Parkında yerləşdiriləcəklər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti