Azərbaycan xaricə keramika plitələr ixrac edəcək
Onun sözlərinə görə, istehsal ediləcək keramika məmulatlarının 20%-lik hissəsini Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərə ixracı təmin olunacaq. "Bu ölkələr arasında Rusiya, Qazaxıstan, Özbəkistan və Gürcüstanı qeyd edə bilərəm. Müəssisədə 484 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 18 milyon m2 olan zavodda müxtəlif ölçülərdə keramik plitələr (kafel, metlax) istehsal edilir. İlkin mərhələdə zavod sahəmizdə 60X60 və 60X120 ölçülərdə, istər parlaq, istərsə də parlaq olmayan keramik plitə məhsullarının istehsalı planlaşdırılır. Sonrakı mərhələdə 70X150, 80X160 və s. ölçülərdə məhsulların istehsalı nəzərdə tutulur. Bizə məxsus keramik plitə istehsalı zavodunun eyni növ fəaliyyəti həyata keçirən digər müəssisələrdən əsas fərqli və üstün cəhətimiz ondan ibarətdir ki, bizə məxsus keramik plitə istehsalı zavodunda eyni anda həm 60X60 ölçüdə, həm də 60X120 ölçüdə keramik plitə məhsulunun istehsalı mümkündür".
Aytən Zəhra
AzVision.az
Teqlər: