“Doğum evinin binası” söküləcək? - Xidmətdən açıqlama

   “Doğum evinin binası” söküləcək? -    Xidmətdən açıqlama
  23 Oktyabr 2023    Oxunub:2523
Səbail rayonunun Qurban Abbasov küçəsi 93 ünvanında yerləşən 3311 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan “Doğum evinin binası”nın söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə AzVision.az -a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Tarixi abidəyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.

Tarixi tikilinin damında və yararsız hala düşmüş hissələrində təmir işləri aparılacaq. Hazırda təmir-bərpa işləri üçün hazırlıq görülür.

Aparılacaq təmir-bərpa işlərinin layihəsi də razılaşdırılmaq üçün Dövlət Xidmətinə təqdim olunacaq.

Xatırladaq ki, bina 1930-cu ildə inşa edilib. II Dünya Müharibəsinə qədər şəhər mətbəxi kimi, müharibə zamanı təxliyə hospitalı, 1946-cı ildən Azərbaycan SSR Səhiyyə Nazirliyinin tabeliyinə verilib və Nadejda Krupskaya adına 5 nömrəli Doğum Evi kimi fəaliyət göstərib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti