"Bu il Qarabağda dəmyə əkini həyata keçirilib" - Nazir

 "Bu il Qarabağda dəmyə əkini həyata keçirilib" -    Nazir
  23 Oktyabr 2023    Oxunub:1439
Bu il quraqlıq ili olduğu və azad edilən ərazilərdəki su hövzələrindən hələki istifadə edilmədiyi üçün Qarabağda ilkin dəmyə əkini həyata keçirilib.
Bunu AzVision.az -a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. O qeyd edib ki, hazırda azad edilən ərazilərdə yeni su hövzələrinin inşaası üzərində iş gedir.

"Yalnız bundan sonra onlardan istifadəyə keçiləcək. "Sərsəng" su anbarının layihəsi üzərinə işlənilir. Bu su hövzəsindən istifadə əsasən Tərtər, Ağcəbədi və Bərdə zonasında əkinçilik sahələrinin suvarılmasında fermerlərə dəstək olacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti