"Ödənişli yoldan istifadə üçün kartlar pulsuz veriləcək" - Açıqlama

   "Ödənişli yoldan istifadə üçün kartlar pulsuz veriləcək" -    Açıqlama
  21 Oktyabr 2023    Oxunub:1267
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni yoldan istifadə üçün nəzərdə titulan xüsusi çip yerləşdirilən kartları sürücülər pulsuz əldə edəcəklər".
Bunu AzVision.az -a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib. O qeyd edib ki, birdəfəlik kartlar məntəqədən əldə edilərkən onun balansına gediləcək yol qədər vəsait yüklənəcək.

"Daimi kartlarda isə yüklənən balans sonrakı səfərlərdə də istifadəe diləcək. Gələcəkdə mobil tətbiq vasitəsilə sürücülər daimi kartları bank kartlarına inteqrasiya edə biləcəklər. Bu zaman onların məntəqələrdə kartlara balans yüksləməsinə ehtiyac qalmayacaq. Gedilən yola görə ödəniş avtomatik balansdan çıxılacaq".

A.Nəcəfli növbəti ayda sürücülərin ödənişli yoldan istifadə edə biləcəklərini qeyd edib.

Qeyd edək ki, dünən Prezidenti İlham Əliyev Oktyabrın 20-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışında iştirak edib. Ödənişli yeni yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək. Kartın 2 formada olması nəzərdə tutulub: yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxt aşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti