Röya Ayxan “Füzuli Şəhəri Günü”ndə

   Röya Ayxan “Füzuli Şəhəri Günü”ndə
  18 Oktyabr 2023    Oxunub:2428
Xalq artisti Röya Ayxan “Füzuli Şəhəri Günü”ndə keçirilən konsertdə səhnəyə çıxıb.
AzVision.az xəbər verir ki, bir sıra sənətçilərin yer aldığı mühüm tədbirdə estrada ulduzu “İrəvanda xal qalmadı” xalq mahnısını səsləndirib.

Qeyd edək ki, muğam ifaçısı Cabbar Qaryağdıoğlu bu məşhur mahnının həm sözlərinin, həm də musiqisinin müəllifidir.

Füzulidə şəhər günü ilə əlaqədar bayram tədbirləri keçirilir - FOTOLAR+VİDEO
Tədbirə özəl hazırlaşan sənətçini milli geyimdə rəqqaslar müşayiət edib.

Röya Ayxan səhnəyə xüsusi libasda çıxıb. Onun geyiminin müəllifi məşhur modelyer Zümrüd Mirzəliyevadır. Göy rəngli uzun libas kələğayı ilə tamamlanıb. Onun üzərində Azərbaycan bayrağının rəngləri - göy, qırmızı və yaşıl rəng əks olunub, paltar özəl olaraq Röya Ayxan üçün hazırlanıb.


AzVision.az

Qalereya




Teqlər:   RöyaAyxan   Füzuli  





Xəbər lenti