Məşhur sovet bəstəkarı 88 yaşında vəfat etdi

Məşhur sovet bəstəkarı 88 yaşında vəfat etdi
  16 Oktyabr 2023    Oxunub:2117
Məşhur sovet və rus bəstəkarı Gennadi Qladkov 88 yaşında dünyasını dəyişib. Bu barədə bəstəkarın köməkçisi məlumat yayıb.
Gennadi Qladkov "Bremen musiqiçiləri" (1969) və "Bremen musiqiçilərinin izi ilə" (1973) filmləri üçün bəstələdiyi mahnıları ilə tanınır. O həmçinin son filmdə Axmaq Kralı səsləndirib.

Bundan başqa Rusiya Federasiyasının Xalq artisti adını almış Qladkovun musiqiləri 110-dan çox filmdə səslənib. Bu filmlər arasında "Uşaq və Karlson" (1968), "Uğur centlmenləri" (1971), "12 stul" (1976), "Mavi küçük" (1976), "Adi bir möcüzə" (1978), "Məhəbbət düsturu" (1984), "Cümə axşamı yağışdan sonra" (1985), "Kaputsinlər bulvarından olan adam" (1987) kimi məşhur kino və cizgi filmləri var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Bəstəkar  





Xəbər lenti