Dünya şöhrətli ifaçı Bakıda konsert verib - VİDEOLAR

   Dünya şöhrətli ifaçı Bakıda konsert verib -  VİDEOLAR
  15 Oktyabr 2023    Oxunub:2622
Oktyabrın 14-də Heydər Əliyev Sarayında dünya pop musiqisinin əfsanəsi, məşhur “Modern Talking” qrupunun solisti olmuş Tomas Andersin möhtəşəm konserti baş tutub.
AzVision.az xəbər verir ki, “Musiqi centlmeni - Tomas Anders” (Thomas Anders - The Gentlemen of Music) adlı konsert proqramında müğənni "You're My Heart, You're My Soul", "Cheri Cheri Lady", “No Face, No Name, No Number”, “Stay With Me”, “Brother Louie” və digər məşhur mahnılarını səsləndirib. Bayram ab-havalı konsertdə tamaşaçılar da ifalara qoşulub, hitləri müğənni ilə birgə oxuyublar.

Konsert boyu müğənni pərəstişkarlarından çoxlu hədiyyələr, gül dəstələri alıb. Güclü səsi və möhtəşəm performansı ilə seçilən müğənni sevənlərinə musiqi dolu saatlar, nostalji anlar yaşadıb.

Qeyd edək ki, konsert "EMKİ Production"-un təşkilatçılığı ilə baş tutub.


AzVision.az

Qalereya




Teqlər: TomasAnders   Konsert  





Xəbər lenti