Aysun ikinci dəfə ailə qurur
“Yüz ölçüb, bir biçmək lazımdır. İkinci dəfə o, ailə dağılarsa artıq iki tərəf də günahkardır. Elçi də gəliblər, maraqlanıblar da... İnşallah, bəli olacaq”.
Bu barədə müğənni Rəqsanə də fikrini bildirib:
“Aysuna deyirdim sənə dörd gün toy edəcəm. Sən ikinci dəfə ailə qur, elə bir toy edəcəm ki, bunun səsi-sədası qulaqlardan getməyəcək. Bu mənim arzumdur".
Veriliş zamanı Aysunun toyunun qış aylarına təsadüf edəcəyi də vurğulanıb.
Qeyd edək ki, Aysun İsmayılova 2022-ci ili iyunun 30-da Eşqin adlı bəylə ailə qurub. Cütlük 2023-cü ilin mayın 5-də ayrılıb.
AzVision.az
Teqlər: