Səfər Əbiyev ATƏT-in nümayəndəsini qəbul etdi

Səfər Əbiyev ATƏT-in nümayəndəsini qəbul etdi
  15 Aprel 2013    Oxunub:2048
Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev aprelin 15-də ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanı qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, görüş zamanı regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Görüşdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay da iştirak ediblər.


Teqlər:





Xəbər lenti