“Nüvə İranına qarşı Alyans” İrandakı bazalara hərbi hücuma çağırıb
Onlar bu bəyanatda HƏMAS-ın İsrailə, Rusiyanın isə Ukraynaya hücum etmək üçün İranın dəstəl verdiyini vurğulayıblar.
“İranın hesab vermə vaxtıdır. İsrail HƏMAS-ı cəzalandırmaq, zəiflətmək və son nəticədə məhv etmək üçün çalışarkən, İsrailin dəhşətli hadisələrini mümkün edən kritik hərbi hədəflər İrandadır. İranın qarşısını almaqda bizim kollektiv uğursuzluğumuz dünyanı daha təhlükəli edib. İsraildə qadın və uşaqlar da daxil olmaqla günahsız insanların qətliamlarının və qaçırılmasının dəhşətli görüntülərində bunun şahidi oluruq”, - bəyanatda deyilir.
AzVision.az