Avropa tələyə düşəcəyindən qorxur

   Avropa    tələyə düşəcəyindən    qorxur
  27 Yanvar 2025    Oxunub:560
Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Ukrayna üzrə pakt üzrə birbaşa razılaşmaqla Brüsseli və Kiyevi danışıqlardan kənarlaşdıra biləcəyindən narahatdır.
AzVision.az xəbər verir ki, diplomatik mənbələrə istinad edən İspaniyanın “El País” qəzetinin yazdığına görə, Trampın Ağ Evə qayıtması avropalılar arasında onun Rusiya lideri ilə pakt hazırlayacağı, Ukrayna və Aİ-ni kənara çəkəcəyi ilə bağlı qorxuları artırıb. Bundan əlavə, Brüsseldə Aİ-nin gələcək sazişə əməl olunmasının yeganə təminatçısına çevriləcəyi ilə bağlı narahatlıq da güclənib.

“Risk ABŞ-nin Kiyev üçün o qədər də sərfəli olmayan pakt hazırlaması, Avropanın Ukraynanın bərpasını maliyyələşdirməsi və sazişin təminatçısı olmasını şərtləndirməsi ilə bağlıdır”, - qəzet yazır.

Mənbənin fikrincə, belə bir sxem nəhəng geosiyasi məğlubiyyət bir yana, hətta Avropanın təhlükəsizliyi üçün fəlakət olardı.

Yeri gəlmişkən, avropalı diplomatik mənbənin narahatlığı heç də əbəs deyil. Çoxdandır ki, xüsusilə də son bir neçə onillikdə Vaşinqtonun lal-dinməz vassalına çevrilmiş Avropa siyasi elitasının istər respublikaçıların, istərsə də demokratların Ukrayna üzrə ortaya qoyacaqları istənilən plana “baş üstə” deməkdən başqa yolu qalmayacaq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna    





Xəbər lenti