USAID-in 50-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib
"USAID-də prezidentin icra fərmanlarının yerinə yetirilməsindən yayınmağa yönəlik bir sıra fəaliyyətlər aşkarlanıb. Nəticədə Bununla bağlı, bu fəaliyyətlərin araşdırılması tamamlanana qədər bəzi USAID əməkdaşlarının tam maaş və imtiyazlar saxlanılmaqla inzibati məzuniyyətə göndərilməsi qərara alınıb”, - deyə USAİD-in icraçı direktoru Ceyson Qrey bildirib.
Telekanalın məlumatına görə, qərarla bağlı USAİD əməkdaşlarına bazar ertəsi axşam saatlarında məlumat verilib.
Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini 90 gün müddətinə dayandırmaq barədə göstəriş verib. Məlumata görə, sənəddə bəzi istisnalar var. Xüsusilə, İsrail və Misir üçün hərbi maliyyələşdirmə proqramları davam etdiriləcək. Eyni zamanda, atılan bu addımların Ukrayna, İordaniya və Tayvan adasına yardımın dayandırılması ilə nəticələnəcəyi bildirilir.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: USAİD