Həqiqi hərbi xidmət qulluqçularının vəzifə maaşları artırılıb
Fərmanla həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Eyni zamanda Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
AzVision.az
Teqlər: Maaş