İsrail polisi HƏMAS-ın kriptovalyuta hesablarını dondurdu
Nəşr həmçinin qeyd edib ki, Binance birjası terrorçu hesabların axtarışına və bağlanmasına töhfə verərək İsrail hökməti ilə əməkdaşlıq edib. Müsadirə olunan vəsait dövlət xəzinəsinə köçürüləcək.
İsrail polisinin kiber bölməsi Britaniya polisi ilə koordinasiyada çalışaraq Britaniyanın Barclays bankında daha bir hesabı dondurmağa nail olub.
May ayında Reuters müəyyən edib ki, İsrail hakimiyyəti 2021-ci ildən bəri HƏMAS və İslam Dövləti terror qrupları ilə əlaqəli olduğu iddia edilən 190 Binance hesabını ələ keçirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: