“Nine Senses Fest” beynəlxalq festivalının başlamasına sayılı günlər qaldı

  “Nine Senses Fest”    beynəlxalq festivalının başlamasına sayılı günlər qaldı
  03 Oktyabr 2023    Oxunub:2513
Azərbaycanda ilk dəfə keçiriləcək "Nine Senses Fest” adlı möhtəşəm mənəvi və fiziki təcrübələr festivalının başlamasına sayılı günlər qalıb.
6-8 oktyabr tarixlərində baş tutacaq "Nine Senses Fest” beynəlxalq festivalı "Nine Senses” sənət və özünüinkişaf mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyilə keçirililəcəkdir. Festival ruh, bədən və ağıl (Spirit, Body, Mind) istiqamətləri üzrə təcrübələr festivalıdır.

"Nine Senses Fest” festivalında yoqanın müxtəlif sahələri: kriya, kundalini, hatha, nidra, Artistic yoqa, meditasiya təcrübələri, bədən yönümlü təcrübələr, rəqs məşqləri, saund-hilinq, stretçinq və gimnastika, tsiqun, terapevtik qrup məşqləri, emosional zəkanın inkişafına yönəlik fərqli sahələr üzrə kouçinq, müxtəlif növ art-terapiyalar təşkil olunacaqdır.

"Nine Senses Fest” beynəlxalq festivalında Azərbaycanın, həmçinin dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri keçiriləcəkdir.

Festival 3 məkanda təşkil olunacaqdır. 6 oktyabrda "The club Port Baku”-da, 7-8 oktyabr tarixlərində isə "Nine Senses” özünüinkişaf və sənət mərkəzində və "Sea Breeze”də keçiriləcəkdir.

Festivalda iştirak etmək istəyən hər kəs https://fest.ninesenses.az/az/ saytından onlayn formada bilet əldə edə bilər. Biletlərin qiyməti 150 manat təşkil edir. Məbləğə 3 gün ərzində istənilən ustad dərslərinə və bütün festival tədbirlərinə giriş daxildir.

Bundan əlavə, festival haqqında geniş məlumat əldə etmək istəyənlər "Instagram səhifəsindən ətraflı məlumat ala bilərlər.

Bununla yanaşı, əl işlərindən ibarət tematik yarmarka və qaranlıqda teatr adlı musiqili proqram da təşkil olunacaqdır. Festivalın sonunda isə hedlayner İmran Kriyanın canlı meditasiya konserti və hər kəs tərəfindən sevilən müğənni Çingiz Mustafayevin canlı konsert proqramı olacaqdır.

Onu da xüsusi olaraq bildirək ki, tədbirin 4 hedlayneri vardır:

1. İmram Kriya - yoqa ustadıdır, eyni zamanda, musiqiçi, bəstəkar və multiinstrumentalist.
2. Anna Vladimirova - həkim, Çin təbabəti üzrə mütəxəssisdir. Wu Ming Dao şəfalı təcrübələr məktəbinin təsisçisi, osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin patentləşdirilmiş metodunun müəllifidir.
3. Mətanət Babayeva – psixi və emosional sağlamlıq, eləcə də korporativ mədəniyyətdə məhsuldarlıqla iş üzrə mütəxəssis. Azərbaycanda insan resursları sahəsində aparıcı mütəxəssislərdən biri.
4. Nandan Qautam – müasir idman təbabətini və qədim yoqa müdrikliyini özündə birləşdirən daha canlı və yeni bir yoqa forması olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri. O, ABŞ-da təhsil alıb, USA Today-də işləyib və ruhani müəllim Dr. Bharat Thakurdan yoqa öyrənmək üçün Hindistana qayıdıb. Nandan yoqa, musiqi və meditasiyanın məlum olmayan sirli sahələrini araşdırır, daxili rahatlıq və məmnunluq hissini tapmağa kömək edir.

Festivalın əlaqə nömrələri:
+994103100203
+994552555412



Teqlər: Festival  





Xəbər lenti