AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyası məlumat yayıb.
Qeyd edilir ki, partlayışdan bir neçə gün keçməsinə baxmayaraq, hələ də şəxsiyyəti müəyyənləşdirilməmiş şəxslər var: "Xilasetmə qrupları partlayış baş vermiş yanacaq anbarının ərazisində axtarış işlərini davam etdirirlər. Ümumilikdə 170 nəfərin cəsədi və cəsəd qalıqları ərazidən götürülərək ekspertiza bürosuna, şəxsi əşyalar isə əməliyyat qərargahına daşınıb".
Xatırladaq ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaq anbarında güclü partlayış baş verib. 300-ə yaxın insan xəstəxanaya yerləşdirildi, Ermənistan isə 105 nəfərin itkin düşdüyünü iddia edirdi.
Tural Tağıyev
AzVision.az