Aİ üzvlərinin sayı 36-ya çata bilər
“28 sentyabrda keçiriləcək qeyri-rəsmi nazirlər görüşündə əsas diqqət 36-ya qədər üzv dövlətdən ibarət Aİ-nin yaradılması üçün daxili hazırlıqların zəruriliyinə, eyni zamanda Aİ-nin namizəd ölkələrə dəstəyinin gücləndirilməsinə, eləcə də Açıq Strateji Özünüidarəetmə Konsepsiyasına uyğun olaraq digər dünya və üçüncü ölkələrlə əməkdaşlığa yönələcək”, - məlumatda deyilir.
Hazırda Avropa İttifaqına 27 ölkə daxildir. Qoşulmağa namizəd ölkələr Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Ukrayna və Moldovadır. Kosovo da namizəd statusu uğrunda mübarizə aparır.
AzVision.az
Teqlər: