İranda bu ilin ilk altı ayında 52 qadın qətlə yetirilib
Qətlə yetirilən 52 qadından 11-nin, yəni 21%-nin 18 yaşından kiçik qız olduğu açıqlanıb. Bu bölmədə diqqət yetiriləsi ciddi məqamlardan biri 10, 12 və 13 yaşında olan qızlar qrupudur.
15 qadının öldürüldüyü Tehran vilayəti anti-rekord siyashısında birincidir. 7 qətl hadisəsinin törədildiyi Əlborz əyaləti ikinci, 5 qadının öldürüldüyü Urmiya vilayəti isə üçüncüdür.
Hesabatda 28 qadının ərləri, 4-nün “sevgilisi” və ya nişanlısı, 3-nün keçmiş əri, 8-nin atası, 6-nın isə qardaşları tərəfindən qətlə yetirildiyi göstərilir.
AzVision.az