İranda öldürülən etirazçının qardaşının həyatı təhlükədədir
“Qardaşım Mürtəza Heydəri dörd gündür aclıq aksiyası keçirir və diabet xəstəliyinə görə həyatı təhlükədədir. Qardaşımı təcridxanaya aparıblar, ona baş çəkmək və onunla danışmağı qadağan ediblər. Hətta aclıq aksiyasını dayandırması üçün anamın onu görməsinə icazə vermirlər. Qardaşımın həyatını və sağlamlığını qorumaq məsuliyyəti İran hakimiyyətinin üzərinə düşür”, - Fatimə Heydəri deyib.
Mürtəza Heydəri qardaşı və 70 yaşlı atası ilə birlikdə Cavad Heydərinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinin ildönümü ilə eyni vaxtda həbs olunub. Məlumatlara görə, təhlükəsizlik qüvvələri Qəzvinin Rəhmətabad kəndində Heydərilərin onların evinə hücum edib, nəticədə vəziyyəti pisləşən anaları xəstəxanaya aparılıb.
AzVision.az