Amnesty İnternational: “Hicab və iffət” qanunu qadın və qızların hüquqlarını iyrənc şəkildə pozmaqdır
“Bu qanun layihəsi qadın və qızların hüquqlarının nifrətlə pozulmasıdır. Bu, İranda onlara qarşı zorakılıq və ayrı-seçkiliyi gücləndirəcək. Əgər bu qanun layihəsi Keşikçilər Şurası tərəfindən təsdiqlənərsə, İranda “qadın bədənlərinə” hərtərəfli nəzarət gücləndiriləcək. Bu qanun İranın müxtəlif siyasi, təhlükəsizlik və inzibati orqanlarını məcburi hicab qanunlarına riayət olunmasına çox ciddi nəzarəti, qadın və qızların həyatına nəzarəti həyata keçirməyə məcbur edir”, - əl-Təhavi deyib.
Beynəlxalq ictimaiyyəti İran hakimiyyəti qarşısında məcburi hicabın bütün alçaldıcı və ayrı-seçkilik qaydalarını ləğv etmək tələbini qoymağa çağıran hüquq müdafiəçisi, bu əməllər yol verənlərin məsuliyyətə cəlb olunması üçün beynəlxalq səviyyədə qanuni yolların axtarılması zərurətini vurğulayıb.
Qeyd edək ki, çərşənbə günü keçirilən açıq iclasda İran parlamentariləri 152 lehinə, 34 əleyhinə və 7 bitərəf olmaqla “Hicab və iffət” qanununun üç illik “sınaq tətbiqi”nə razılıq veriblər.
AzVision.az