İranda milyonçuların sayı Türkiyədənkindən 4 dəfə çoxdur
Bu hesabatda 2022-ci ildə bir milyon dollar və ya daha çox sərvətə sahib olan iranlıların sayının 246 min nəfər olduğu təxmin edilir. Başqa sözlə, bu il İran əhalisinin 0,4%-dən çoxu milyonçu olub. İranın bu il Asiya-Sakit Okean bölgəsindəki bütün milyonçular siyahısındakı payı 2,5% təşkil edib.
Hamıdan öndə gedən ABŞ-da 2022-ci ildə 22 milyon 710 min milyonçunun olduğu bildirilir. 6 milyon 231 min milyonçusu olan Çin ikincidir. Fransa isə 2 milyon 821 min nəfərlə üçüncü yerdədir.
Hesabata görə, İranda 51 nəfərin sərvəti 500 milyon dollardan yuxarı, 119 nəfərin varidatı isə 100 milyon ilə 500 milyon dollar arasındadır. Həmçinin, 5 milyon 86 min iranlının sərvətinin 100 min dolları keçdiyi bildirilir.
AzVision.az
Teqlər: İran milyonçular