Ermənistan mətbuatı: Paşinyan bunkerdə gizlənib

Partiya sədri qeyd edib ki, bu gün müxalifətin ən başlıca məqsədi N.Paşinyanı istefaya göndərməkdən ibarət olmalıdır.
Ermənistanın “Qraparak” qəzetinin elektron variantı da N. Paşinyanın Müdafiə Nazirliyində gizləndiyi barədə xəbər yayıb. Xəbərdə bildirilir ki, N. Paşinyan yaxın adamları ilə birlikdə Müdafiə Nazirliyinin bunkerində gizlənib. Baş nazirin ailəsi isə təhlükə duyduğu üçün paytaxtı tərk edərək Sevandakı malikanəyə köçüb.
Qeyd edək ki, ötən gecə və bu gün səhər Yerevanda hökumət binasının, Rusiya səfirliyinin və BMT nümayəndəliyinin qarşısında kütləvi aksiyalar keçirilir.
AzVision.az
Teqlər: