Putinlə Paşinyan hələ də əlaqə saxlamayıblar - Kreml
“Həqiqətən də baş verənlərlə bağlı erməni tərəfinin nöqteyi-nəzərini əks etdirən müfəssəl məktub var idi. O zaman Qarabağa humanitar yardım axınının bərpası üçün faktiki işlər gedirdi. Və bizi qane edən haldır ki, dünəndən etibarən bu iş uğurla tbaş tutur.
Birinci partiya Ağdam və Laçın yolları ilə iki istiqamətdə getdi, lakin təəssüf ki, bu, bizi hərbi əməliyyatların yenidən başlamasından xilas etmədi. O vaxtdan bəri başqa təmaslar olmayıb”, - Peskov bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: