“Amerikanın toylar kralıyam” - Elariz
İfaçı ABŞ-dəki həyatından danışıb: “Həm toylara gedirəm, həm konsertlərim təşkil edilir, həm də restoranda çıxışlarım olur. Toyda, konsertdə öz mahnılarımı oxuyuram. Amma restoranda ukraynalı üçün Ukrayna, yunan üçün yunan, gürcü üçün gürcü dilində mahnı oxuyuram. Məndən başqa burada heç kim baş çıxara bilməz. Hərdən mənə deyirlər ki, bizi də Amerikaya gətir. Cavab verirəm ki, necə gətirim? Siz gəlin ki mən də qarşılayım. Mənim “Greencard”ım var, istənilən vaxt ABŞ-yə girib-çıxa bilirəm”.
AzVision.az
Teqlər: