"Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür"

   "Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür"
  06 Sentyabr 2023    Oxunub:1152
Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, hazırda məktəbə telefon gətirilməsini qadağan edən xüsusi qayda yoxdur:

"Bu kimi məsələlər məktəbdaxili qaydalarla tənzimlənməlidir".

Onun sözlərinə görə, ilin sonuna bu kimi müəyyən məsələlərin tənzimlənməsini özündə ehtiva edən qaydaların qəbulu planlaşdırılır:

"Dərs zamanı telefondan istifadə etmək olmaz. Kimsə üzərində məktəbə telefon gətirə bilər. Etik normalar çərçivəsində hər kəs davranışına fikir verməlidir. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".

AzVision.az


Teqlər:





Xəbər lenti