İlham Əliyev həmkarını təbrik etdi
"İsrail Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da inkişaf edərək xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".
İlham Əliyev Şimon Peresə ən xoş arzularını yetirib, dost İsrail xalqına sülh və firavanlıq arzulayıb.