Xalq artistinin üç günlük solo konserti yekunlaşıb

   Xalq artistinin üç günlük solo konserti yekunlaşıb
  04 Sentyabr 2023    Oxunub:1358
Xalq artisti Röya Ayxanın üç günlük “Biri var” adlı solo konserti yekunlaşıb.
AzVision.az xəbər verir ki, pop ulduz Bakı Konqres Mərkəzində baş tutan gecəni yenə də “14/41” albomuna daxil olan “Biri var” mahnısı ilə açıq elan edib. Konsertin açılışında növbəti bir yenilik olub. Belə ki, ilk mahnıda Röya Ayxanla birgə səhnəyə daxil olan səkkiz fitness modelə konsertin sonunda da yer verilib və onlar “Doldur ürəyimi” mahnısında da şou göstəriblər.

Xalq artisti Röya Ayxanın “Biri var” adlı solo konsertinin ikinci günü baş tutub
Həmçinin, Röya “Kuka” robotu ilə səhnəciklər göstərib, 22 mahnısını dinləyicilərinə təqdim edib.

Gecədə üç paltar dəyişən ifaçı makiyajını Elnur Həsənova, saçlarını Aygün Məmmədova həvalə edib.

Həmçinin, R. Ayxan “Səninəm” mahnısını zaldakı qonaqları ilə birgə lentə alıb, həmin anları xatirə üçün telefonuna çəkib.

Qısa fasilədə səhnəyə Nəsib Nur çıxıb, konserti ərsəyə gətirən təşkilatçılara, komandaya təşəkkürünü bildirib.

Bundan əlavə, sənətçinin konsertdə tərəf müqabilləri “Nero” rəqs qrupu, rəqqas İsmayıl Məmmədzadə, gimnast Elçin Məmmədov və model Əli Sərdar olub.

Musiqi rəhbəri Muxtar Abseynov, vokalistlər Boris Bayramov, Esmira Rzayeva, Leyla Sezerdir.

Konsertin baş prodüseri Kənan Bayram, quruluşçu rejissoru Ranar Musayevdir.

AzVision.az

Fotolar: Niko Abbasov

Qalereya




Teqlər:   Röya   Müğənni   Konsert  





Xəbər lenti