“Euronews” Qəbələ Beynəlxalq Musiqi Festivalından yazdı

“Euronews” Qəbələ Beynəlxalq Musiqi Festivalından yazdı
  29 Avqust 2023    Oxunub:1326
“Euronews” saytında Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında “Yaxşı musiqiyə öyrəşsinlər!”: “Qəbələ festivalı gənclərə diqqət yetirir” başlığı altında məqalə dərc olunub.
Məqalədə qeyd olunur ki, Qəbələdə keçirilən beynəlxalq festival bu yayın ən parlaq musiqi hadisələrindən biridir. Onun vizit kartı həm məşhur ifaçılar, həm də çox gənc ifaçılar üçün bərabər çıxış imkanlarıdır.

Afişalar müxtəlifliyi ilə heyran edirdi: mənzərəli Qəbələdə keçirilən festivala Azərbaycanın müxtəlif yerlərindən, eləcə də Böyük Britaniya, Türkiyə, Estoniya, Litva, Rusiya və Polşadan ifaçılar, dirijorlar, bütöv musiqi kollektivləri gəlmişdi.

Yay musiqi festivalı Dövlət Simfonik Orkestrinin müşayiəti ilə “Viva Opera”nın konserti ilə açılıb.

“13-cü festivalı ulduzlarımız - adları bütün dünyada tanınan Yusif Eyvazov və Dinara Əliyeva açır”, - deyə tədbirin bədii təşkilatçısı Fərhad Bədəlbəyli ifaçıları fəxrlə təqdim edib: “Amma gənclər üçün də proqram var”.

Festivalda gənc istedadlara xüsusi diqqət yetirilib. Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri Fuad İbrahimov deyir: “Hər bir konsertdə gənc ifaçılar iştirak edirlər. Festivalda onlara verilən dəstək çox yüksəkdir”.

Respublikada gənc istedadların müşayiəti sistemli xarakter daşıyır. Qəbələ Festivalı həm də “Gəncliyə dəstək” layihəsi vasitəsilə seçilmiş musiqiçilər üçün platforma yaradır. O, 2016-cı ildə yaranıb və o vaxtdan bəri böyük səhnəyə gedən yolda istedadları aşkar etməyə və yetişdirməyə kömək edir.

Fərhad Bədəlbəyli əlavə edir: “Festival həm də maarifləndiricidir. Hər konsertdən əvvəl bir məruzəçi olur. Arxamda zalda uşaqların səsini eşidirsiz. Qoy yaxşı musiqiyə öyrəşsinlər!”

“Yetkin ustadlarla görüş və gənc musiqiçilərin yetişdirilməsi: Qəbələ festivalı Heydər Əliyev Fondu tərəfindən yaradılıb və Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənir. Mövcud olduğu illər ərzində bu festival dünya şöhrətli klassik, folklor, caz və musiqi bayramına çevrilib”, - deyə “Euronews” qeyd edir.
AzVision.az



Teqlər:





Xəbər lenti