Pikassonun kiçik oğlu öldü

 Pikassonun kiçik oğlu öldü
  25 Avqust 2023    Oxunub:2273
Pablo Pikassonun kiçik oğlu Klod Ruis İsveçrədə 76 yaşında vəfat edib.
The Guardian-ın yaydığı məlumata görə, bu barədə Klodun vəkili Jan-Jak Noyer məlumat yayıb. O, ölüm səbəbini açıqlamayıb.

Pikassonun kiçik oğlu Time Life, Vogue və Amerikanın Saturday Review jurnalının fotomüxbiri olub. O, 2011-ci ildə Fransanın ən yüksək mükafatı olan Legion d'honneur ordeni ilə təltif edilib.

Xatırladaq ki, Pikassonun dörd övladı olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti