Şuşa və Füzuli məktəblərində müəllim seçimi başlayıb

   Şuşa və Füzuli məktəblərində müəllim seçimi başlayıb
  21 Avqust 2023    Oxunub:1700
Bu gündən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.
AzVision.az xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti