Buzlaqların əriməsi nəticəsində Rusiya nələri itirəcək?

Buzlaqların əriməsi nəticəsində  Rusiya nələri itirəcək?
  15 Avqust 2023    Oxunub:2868
Əbədi buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi və dəniz buzlaqlarının azalması Arktikada, o cümlədən Rusiyada bir çox mədəni irsin itirilməsi ilə nəticələnəcək.
Bu proqnozu BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (WMO) eksperti Ömər Baddur açıqlayıb.

Qrenlandiya buzlağına ilk dəfə yağış yağıb
Mütəxəssis qeyd edib ki, iqlim dəyişikliyi fonunda əbədi buzlaqların üzərində qurulmuş strukturların bünövrəsi daha kövrək olacaq. WMO-nun proqnozlarına görə, 2059-cu ilə qədər Rusiyada belə obyektlərin fəaliyyət gücü xeyli azalacaq. 1960-cı illərlə müqayisədə 10-40 faiz, 2006-2015-ci illərlə müqayisədə İSƏ 20-33 faiz aşağı düşəcək.

Baddur onu da əlavə edib ki, BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər Panarktikada əbədi buzlaqların əriməsi infrastrukturun 69 faizinə, 1200-dən yaşayış ərazisinə, 36 min binaya və Avropada 4 milyon insana təsir göstərəcək: “İqlim sistemindəki bir çox dəyişikliklər artan qlobal istiləşmə ilə birbaşa əlaqəli olaraq daha kütləvi xarakter alır. Arktika və dəniz buzlarının, Qrenlandiya buz təbəqələrinin əriməsi, güclü yağışlar, daşqınlar, sahil eroziyası və meşə yanğınlarında artım müşahidə edilib. Arktikada baş verən sürətli dəyişikliklərdən ətrafdakı regionlar da əziyyət çəkir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Buzlaq   Arktika   Rusiya   BMT  





Xəbər lenti