UNEC Tədqiqat Fondu “Helios” müsabiqəsinin qaliblərini mükafatlandırdı – FOTOLAR

   UNEC Tədqiqat Fondu “Helios” müsabiqəsinin qaliblərini mükafatlandırdı –    FOTOLAR
  11 Avqust 2023    Oxunub:2114
UNEC Tədqiqat Fondu "Helios" intellektual-analitik müsabiqəsinin nəticələrini elan edib. Müsabiqənin məqsədi beynəlxalq əlaqələr, beynəlxalq iqtisadiyyat və regional siyasətlə maraqlanan şəxsləri dəstəkləmək və təşviq etmək idi.

Müsabiqə ekspert və analitik düşüncənin inkişafına töhfə vermək, ölkənin ekspert cəmiyyətinə gənclərin cəlb olunmasına kömək etmək məqsədi daşıyırdı.


Bu il mayın 25-də başlayan müsabiqə 4 ay davam edib. İştirakçılar təklif olunan mövzularla bağlı analitik məqalələri təqdim edib, müsabiqə dövründə ADA Universiteti, Bakı Dövlət Universiteti və UNEC-dən təcrübəli məsləhətçilər və müəllimlərin seminarları vasitəsilə məqalələrini təkmilləşdiriblər.


Müsabiqənin nəticəsində iştirakçılar müasir dünya və regional trendləri təhlil etmək bacarığı qazanıblar. Həmçinin, beynəlxalq siyasi və iqtisadi münasibətlərdə təbliğ edilən, inkişafda olan narrativlərin tədqiqi bacarıqlarını gücləndirərək, analitik materialların hazırlanması sahəsində biliklərə yiyələniblər.


Qalib işlər Fondun rəsmi saytında dərc ediləcək. Gələcəkdə UNEC Tədqiqat Fondu bənzər müsabiqələrin keçirilməsini davam etdirmək niyyətindədir.








Teqlər: UNEC   Tədqiqat   Müsabiqə  





Xəbər lenti